Bakı. Trend:
Naftalanda sanatoriyada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Naftalan şəhərində ümumi sahəsi 532 kv.m olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.