Bakı. Trend:
Naftalan şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 16 m² sahədə və əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.