...

Rusiyada baş vermiş yanğında iki azyaşlı həlak olub

Hadisə Materials 8 Aprel 2022 07:38 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Novosibirsk vilayətinin Nizovka qəsəbəsində fərdi evdə baş verən yanğın iki uşağın həyatına son qoyub, faktla bağlı cinayət işi açılıb.

Trend "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsinin yerli idarəsi məlumat yayıb.

Qeyd olunur ki, yanğın söndürüləndən sonra evdən 16 yaşlı qız və 14 yaşlı oğlan uşağının cəsədləri aşkar edilib, 11 yaşlı qız isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ailə başçısı evdə alkoqol təsiri altında olub və heç bir xəsarət almayıb.

Hadisə ilə bağlı onun barəsində Rusiya CM müvafiq maddəsi ilə cənayət işi başlanılıb, məhkəmə-tibbi və yanğın-texniki ekspertizlar təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti