...

Beyləqanda ferma ərazisində yanğın olub

Hadisə Materials 25 İyul 2022 01:17 (UTC +04:00)
Beyləqanda ferma ərazisində yanğın olub

Bakı. Trend:

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Gödəklər kəndində ferma ərazisində hər birinin sahəsi 60 m² olan (qamış və taxta konstruksiyalardan ibarət) 2 ədəd köməkçi tikili, yaxınlıqda yığılan 8 ton ot bağlamasının 6,4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti