...

Ağsudakı yanğının qəsdən törədildiyi məlum olub (FOTO/VİDEO)

Hadisə Materials 23 Avqust 2022 11:30 (UTC +04:00)
Ağsudakı yanğının qəsdən törədildiyi məlum olub (FOTO/VİDEO)

Bakı. Trend:

Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 11 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti