...

Narkotikli halda avtomobil sürən şəxs saxlanılıb

Hadisə Materials 19 Sentyabr 2022 09:50 (UTC +04:00)
Narkotikli halda avtomobil sürən şəxs saxlanılıb

Bakı. Trend:

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti