...

Beyləqanda 14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 10 Oktyabr 2022 10:52 (UTC +04:00)
Beyləqanda 14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunda 14 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.

Xatırladaq ki, Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.

Rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti