...

Salyanda narkotik satışı ilə məşğul olan 5 nəfər saxlanılıb (FOTO)

Hadisə Materials 19 Noyabr 2022 10:55 (UTC +04:00)
Salyanda narkotik satışı ilə məşğul olan 5 nəfər saxlanılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər - Salyan rayon sakinləri Rabil Dadaşov, Mahir Məmmədov, Hüseyn Xəlilov, Pərviz Məmmədov və Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti