...

Bakıda yataqxanada partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 10 May 2023 10:43 (UTC +04:00)
Bakıda yataqxanada partlayış olub, xəsarət alanlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş olub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, partlayış səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər (3-ü kişi cinsi, 2-si qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Eyni zamanda yanıq xəsarətləri ilə 2 nəfər (1-i kişi cinsi, 1-i qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti