...

Beyləqan rayonunda ev yanıb

Hadisə Materials 25 Avqust 2023 08:14 (UTC +04:00)
Beyləqan rayonunda ev yanıb

Bakı. Trend:

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağında mebel və yataq dəsti 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti