...

Ağdaşda üçmərtəbəli binada yanğın olub

Hadisə Materials 19 Mart 2024 05:55 (UTC +04:00)
Ağdaşda üçmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Ağdaş rayonunun Dəhnəxəlil kəndində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 1000 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə, talvarın altına yığılan rezin qəliblər, talvarın altından keçən elektrik kabelləri 30 m² sahədə və 3 ədəd qoruyucu açar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti