Bakı. Trend:
Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırma davam edir.
XXX
11:36
09.11.2025-ci il tarixində saat 04:00 radələrində zəhərlənmə şübhəsilə 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.