...

AVQUSTUN 15-İ ÜZRƏ KRİMİNAL XRONİKA

Hadisə Materials 16 Avqust 2005 16:10 (UTC +04:00)

Avqustun 15-də daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 14-nün üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 15 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti