...

Qazaxda baş vermiş partlayışla əlaqədar bir neçə şəxs saxlanılıb

Hadisə Materials 22 Oktyabr 2005 13:17 (UTC +04:00)

Oktyabrın 21-də Qazaxda baş vermiş partlayışla bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Trend ə Qazax rayon prokurorunun köməkçisi Kürdoğlu Alıyev məlumat verib.

"Partlayış nəticəsində 3 nəfər həlak olub. Xəstəxanaya yerləşdirilmiş yaralıların bir qisminin vəziyyəti ağır olaraq qalır. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb və şübhəli şəxs qismində bir neçə nəfər saxlanılıb. Lakin hələlik həmin şəxslərin adlarını açıqlaya bilməyəcəyəm, çünki araşdırmalar başa çatmayıb. Ola bilsin ki, bu şəxslərin hadisədə hər hansı təqsirləri sübuta yetirilməsin və onlar bu gün azadlığa buraxılsın".

Prokuror köməkçisi onu da bildirib ki, iş üzrə yaradılmış istintaq-əməliyyat qrupu hadisə yerinin hərtərəfli müayinəsini davam etdirir.

Ağstafa rayon prokuroru Mübariz Nəcəfovdan aldığımız məlumata görə isə partlayış Qazax-Ağstafa arasındakı ərazidə baş verdiyindən bu rayonun da ərazisinə zərər dəyib. M.Nəcəfov: "Zərər Qazaxa yaxın ərazilərdəki evlərə dəyib. Hazırda həmin ərazidəki dağıntılarla bağlı bərpa işləri aparılır", - deyə qeyd edib.

Xəbər lenti

Xəbər lenti