...

Azərbaycanın Siyəzən rayonu ərazisində silah-sursat tapılıb

Hadisə Materials 16 Mart 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Siyəzən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samur-Abşeron kanalının Təmizləyici Su Hövzəsində silah-sursat tapılıb. Tapılan silahlar arasında 1 ədəd snayper tüfəngi, 1 ədəd "Naqan" tapançası, 3 ədəd "TOZ-8" tüfəngi, 3 ədəd ov tüfəngi, 1 ədəd mərmi, 3 ədəd qumbara, 25 ədəd qumbara alışdırıcısı, 5 ədəd fişəng, 1 ədəd tüstüverici şaşka, 1 ədəd 200 qramlıq trotil şaşkası, 4761 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı olub. Hazırda həmin silahların kimə məxsus olduğu və əraziyə kim tərəfindən qoyulduğu barədə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti