...

Lənkəranda ruhi xəstə evini yandırıb

Hadisə Materials 14 İyun 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəranda yaşayan ruhi xəstə çərşənbə günü axşam saatlarında evini yandırıb. Şəhərin Şəhidlər Xiyabanı, ev 39 ünvanında yaşayan Təizə Məmməd qızı Rzayevaya məxsus 30 kvadratmetr mənzildə yanğın baş verib. Ruhi xəstə olan Rzayeva evdə tək yaşayıb. Hadisə nəticəsində mənzil, evdəki əşyalar daxil olmaqla dam örtüyü də yanıb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Şöbəsi hadisə yerinə gələrək yanğını söndürməyə müvəffəq olub və qonşu evlərə keçməsinin qarşısını alıb. Faktla bağlı Cənub Reqional Yanğından Nəzarət İdarəsinin Lənkəran Dövlət Yanğına Nəzarət şöbəsində araşdırma apırılır.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti