...

Tərtərdə günvurmadan bir nəfər ölüb

Hadisə Materials 26 İyul 2007 15:28 (UTC +04:00)
Tərtərdə günvurmadan bir nəfər ölüb

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonunda cümə axşamı günorta saatlarında günvurmadan bir nəfər ölüb. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Qaradağlı kənd sakini 41 yaşlı Kərim Səlim oğlu Qasımov bu gün biçənək sahəsində ot biçərkən günvurmadan dünyasını dəyişib.

Tərtər Rayon Prokurorluğundan bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosundan isə cümə axşamı bildiriblər ki, bu gün də daxil olmaqla yaxın günlərdə Azərbaycanda havanın maksimal temperaturu 39 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti