...

İtaliyada elektrodların əsəb sisteminə uzunmüddətli daxil edilməsi üzrə ilk əməliyyata hazırlaşırlar

Maraqlı Materials 6 Fevral 2014 14:20 (UTC +04:00)
Hələ bir neçə illər bundan əvvəl yazıçıların və fantastik film ssenaristlərinin təxəyyülünün məhsulu hesab edilənlər bu gün reallığa çevrilir.
İtaliyada elektrodların əsəb sisteminə uzunmüddətli daxil edilməsi üzrə ilk əməliyyata hazırlaşırlar

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Hələ bir neçə illər bundan əvvəl yazıçıların və fantastik film ssenaristlərinin təxəyyülünün məhsulu hesab edilənlər bu gün reallığa çevrilir. Romadakı Qamelli hospitalında tədqiqatçılar və həkimlər insanın əsəb sisteminə bionik əlin elektrodlarının uzunmüddətli daxil edilməsi üzrə birinci əməliyyata hazırlaşırlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTAR-TASS xəbər yayıb.

Bu texnologiya Lozanna Federal Politexnik Məktəbinin biotəbabət mühəndisliyi üzrə dosenti Silvestro Misura tərəfindən hazırlanıb.

Metodika pasiyentin əsəb sisteminə iki əsas əl sinirinə birləşdirilmiş iki elektrodun köməyi ilə protezin qoyulmasını nəzərdə tutur. Bu, orqanizmlə süni ətraf arasında cəld, ikiistiqamətli informasiya mübadiləsi yaradacaq, eləcə də protezdəki dəri sensorlarından toxunulmaqla duyulan siqnallar almağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti