Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Yaponiyalı turist Hindistanda Tac-Mahal mavzoleyində "selfi" çəkmək istəyərkən ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, turist mavzoleyin pilləkənlərində sürüşüb və yıxılıb.
O, başından ciddi zədə alıb və xəstəxanada ölüb. Yaponiyalının yanında olan daha 3 turistdən biri isə yıxılarkən ayağı sınıb.