...

Britaniyalı adını "Bekonla ikiqat çizburqer"ə dəyişib

Maraqlı Materials 23 Fevral 2016 13:25 (UTC +04:00)
Londonun yaxınlığında yaşayan Sem Smit rəsmən adını dəyişdirərək "Bekonla ikiqat çizburqer" ("Bacon Double Cheeseburger") qoyub
Britaniyalı adını "Bekonla ikiqat çizburqer"ə dəyişib

Bakı. Elçin Hüseynov - Trend:

Londonun yaxınlığında yaşayan Sem Smit rəsmən adını dəyişdirərək "Bekonla ikiqat çizburqer" ("Bacon Double Cheeseburger") qoyub. Bu barədə Trend Böyük Britaniyanın "Evening Standart" qəzetinə istinadən xəbər verir.

33 yaşlı S.Smit deyib ki, bu qərara dostlarıyla gecəni pabda keçirərkən gəlib. Dostlar qəribə adlar barəsində mübahisələr aparıblar. Çizburqer etiraf edib ki, ad dəyişdirilməsinə səbəb bir qədər cox içki içməsi və dostlarla bəhsə girməsi olub. Mübahisə zamanı isə ilk ağlına gələn insan üçün qəribə ad kimi sevdiyi burqer olub.

O deyib ki, uzaq məsafəli səfərlərdə yeni adı çox qəribə qəlmədiyi halda, Avropa ərazisində şübhələr doğurur. Adı dəyişilən vaxtdan S.Smit sənədləri B D Cheeseburger inisiallarıyla imzalayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti