...

Ermənistan ordusunun snayperi Azərbaycanın mülki şəxsini öldürüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2008 10:53 (UTC +04:00)

Azərbaycan, Bərdə, 24  dekabr / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin snayperindən açılan atəş nəticəsində dekabrın 23-ü gecə 23:00 radələrində Azərbaycanın mülki vətəndaşı həlak olub, Trend bölgə müxbiri məlumat verib.

Ermənistan ordusunun Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində mülki şəxs 1954-cü il təvəllüdlü Afiq Məmmədov qoşunların təmas xəttində həlak olub. Məmmədov Tərtərin Həsənqaya kəndi yaxınlığında mal-qara otararkən snayper gülləsinə tuş gəlib.

Onun cəsədi bu gün səhər saatlarında tapılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]       

Xəbər lenti

Xəbər lenti