...

Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli mövcud deyil – ATƏT-in Minsk Qrupunun həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2008 19:48 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun sədri Metyu Brayza hesab edir ki, güc tətbiq edilməməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas komponenti olmalıdır.

"Mənə aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil", - ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza Mediamaks agentliyinə müsahibəsində bildirib.

Brayzanın rəyinə görə, həm Azərbaycan, həm də Ermənistan prezidentləri hər iki tərəf üçün faciə olacaq yeni müharibə istəmirlər.

Tərəflər münaqişənin nizamlanması prosesinə əhəmiyyətli irəliləyişə nail olublar, - o hesab edir.

"Düşünürəm ki, 2008-ci ildə nizamlama prosesinin başlıca nailiyyəti prezidentlər Sərkisyan və Əliyev arasında konstruktiv münasibətlərin yaranması oldu", - Brayza deyib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyevin görüşün yekunları üzrə noyabrın 2-də Moskvada Bəyanamə imzalanıb. O, münaqişənin beynəlxalq hüquq və bu çərçivələrə qəbul edilmiş qərar və sənədlər əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

Prezidentlər Sərkisyan və Əliyev Moskva Bəyannaməsində qeyd ediblər ki, tərəflər baza prinsiplərinin təsdiqi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə sıx əməkdaşlıqda öz səylərini intensivləşdirməlidirlər, - Brayza xəbər verib.

Onun rəyinə görə, işlərin başa çatması üçün prezidentlər öz cəmiyyətlərini sülh, sabitlik və çiçəklənmə gətirəcək çətin kompromislərə hazırlamalıdırlar.

Həmsədr ölkələr (ABŞ, Rusiya və Fransa) və ATƏT-in Minsk Qrupunun bütün iştirakçıları Azərbaycanın ərazi bütövlüyünü tanıyır, - Brayza deyib.

2009-cu ilin əvvəlində həmsədrlər prezidentlərin görüşünün hazırlanması məqsədilə regiona səfər edəcəklər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti