Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir E.Rüstəmov/ ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Qoran Lenmarker bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı üçün yaxşı imkanlar olduğunu bildirir və tərəfləri vaxt azlığını nəzərə alaraq bu imkanlardan istifadə etməyə çağırır.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır..
"Ümid edirəm ki, mənim regiona nəzərdə tutulan səfərim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma yolundan olmasına müsbət siqnal olacaq", - deyə Lenmarker ATƏT-in saytına müsahibəsində bildirib.
Xüsusi nümayəndənin regiona səfəri gələn həftə üçün nəzərdə tutulub. Regiona səfəri çərçivəsində o, Ermənistan (fevralın 9-10), Gürcüstan (fevral 10-12) və Azərbaycanda (12-14 fevral) olacaq, bu ölkələrdə parlament, hökumət, həmçinin QHT nümayəndələri ilə danışıqlar aparacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]