...

Azərbaycan tərəfinə əsir düşən erməni əsgəri işgəncələrə görə bu addımı atıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2009 16:46 (UTC +04:00)
Azərbaycanın Müdafiə Nazirliyi daha bir erməni əsgərinin əsir düşməsi ilə bağlı məlumat yayıb
Azərbaycan tərəfinə əsir düşən erməni əsgəri işgəncələrə görə bu addımı atıb

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan tərəfinə əsir düşən erməni əsgəri işgəncələrə görə bu addımı atıb. Azərbaycanın Müdafiə Nazirliyi daha bir erməni əsgərinin əsir düşməsi ilə bağlı məlumat yayıb.

"İyulun 15-də axşam saatlarında Gədəbəy rayonu ərazisində, cəbhənin təmas xəttində Azərbaycan tərəfinə erməni əsgəri əsir düşüb", - cümə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Sabiroğlunun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 1990-cı il təvəllüdlü, Yerevan şəhər sakini Karen Noriqoviç Harutyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözməyərək xidməti yerini tərk etmək qərarlına gəlib. "Erməni hərbçisi sərhədi keçərək Azərbaycan əsgərlərinə təslim olub", - məlumatda qeyd edilir.

Bundan əvvəl fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşmüşdü.

Mayın 31-də isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutyunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç saat 13.00 radələrində Azərbaycan tərəfinə keçiblər.

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan 38862 saylı hərbi hissənin 7-ci dağatıcı alayının təlim bölüyünün əsgərləri Harutyunyan Ohan Vadinagiyeviç və Tomasyan Gevorq Serjikoviç ilkin söhbət zamanı Ermənistan ordusundakı dözülməz şəraitdən və işgəncələrdən şikayətlənib və Azərbaycan tərəfinə də bu səbəbdən keçdiklərini deyiblər.

Azərbaycanın isə Ermənistanda 2 əsiri var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti