...

Dağlıq Qarabağ münaqişəsi planetin ən mürəkkəb məsələlərindən biridir - The Heritage Foundation-ın aparıcı eksperti Ariel Koen

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2009 12:55 (UTC +04:00)
“Böyük səkkizlik” liderləri səviyyəsində Qarabağ üzrə bəyanat göstərir ki, bu münaqişənin profili kifayət qədər yüksəkdir", - The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi üzrə rəhbəri, politoloq Ariel Koen (Ariel Cohen) belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsi planetin ən mürəkkəb məsələlərindən biridir - The Heritage Foundation-ın aparıcı eksperti Ariel Koen

ABŞ, Vaşinqton, 22 iyul / Trend , müxbir N. Boqdanova / 

"Böyük səkkizlik" liderləri səviyyəsində Qarabağ üzrə bəyanat göstərir ki, bu münaqişənin profili kifayət qədər yüksəkdir", - The Heritage Foundation-ın (ABŞ) Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi istiqamətində rəhbəri, politoloq Ariel Koen (Ariel Cohen) belə hesab edir. 

"Dağlıq Qarabağ münaqişəsi planetdə ən mürəkkəb məsələlərdən biridir və "Səkkizlik" onun həllinə çalışır ki, Cənubi Qafqazda nisbətən sakitlik yaransın", - Koen Trend -a deyib.

"Böyük səkkizlik" liderləri bu yaxınlarda keçirilən sammitin yekununa görə Dağlıq Qarabağ münaqişəsi üzrə ayrıca bəyanat veriblər. Bəyanatda liderlər Azərbaycan və Ermənistan rəhbərlərini qalan bir neçə fikir ayrılığını həll etməyə və sülh nizamlanmasını başa çatdırmağa çağırıblar.   

Koenin fikrincə, tərəflərin heç biri maraqlarından əl çəkməyə hazır deyil: Azərbaycan üçün bu, suverenlik, Ermənistan üçün isə Dağlıq Qarabağ ərazilərinə iddiadır. 

"Mənə elə gəlir ki, Qarabağın erməni əhalisinin bu torpaqda sakit yaşamasına imkan verəcək, bununla yanaşı Azərbaycanın öz suverenliyini qoruyacağı variant hər iki tərəfin maraqları daxilindədir", - o deyib.

Koenin sözlərinə görə, keçmiş İttifaqın sərhdələrini yenidən müzakirə etmək lazım deyil - nə Qarabağda, nə Abxaziyada, nə də Osetiyada.

Münaqişənin nizamlanması məsələsində formalaşdırılmış ictimai dəstəklə xalq diplomatiyası mühüm rol oynaya bilər, Koen belə hesab edir.  

İyulun əvvəlində Azərbaycan və Ermənistan ziyalıları Bakı, İrəvan və Dağlıq Qarabağa birgə səfər ediblər. 

"Ancaq son nəticədə bu, hər iki ölkənin birinci şəxsləri, eləcə də onları dəstəkləyən və ya müxalifətdə olan dairələr və institutların işidir, - Koen deyib. Məhz onlar, o cümlədən Dağlıq Qarabağda müharibə və sülh haqda qərar qəbul edirlər".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti