...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2009 10:22 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-də saat 20.00-dan 20.05-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəki üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti