Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-da saat 10.00-dan 10.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi, saat 09.00-dan 09.15-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 10.05-dən 10.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 09.00-dan 09.15-dək və 13.30-dan 13.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.