...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanmasını axtarmaq niyyətindədir - dövlət katibinin müavini Ceyms Staynberq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 17:15 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin regionda uzunmüddətli stabilliyi və iqtisadi artımı təmin edəcək qəti nizamlanmasını axtarmaq niyyətindədir. Bu barədə ABŞ-ın dövlət katibinin müavini Ceyms Staynberq Afinada keçirilən ATƏT-in Xarici İşlər Nzirləri Şurasının iclasındakı çıxışı zamanı bildirib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin qəti nizamlanmasını axtarmaq niyyətindədir - dövlət katibinin müavini Ceyms Staynberq

Yunanıstan, Afina, 01 dekabr / Trend , müxbir E.Hüseynov/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin regionda uzunmüddətli stabilliyi və iqtisadi artımı təmin edəcək qəti nizamlanmasını axtarmaq niyyətindədir. Bu barədə ABŞ-ın dövlət katibinin müavini Ceyms Staynberq Afinada keçirilən ATƏT-in Xarici İşlər Nzirləri Şurasının iclasındakı çıxışı zamanı bildirib.

"Bizim "Minsk prosesi" vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərimiz Azərbaycan və Ermənistan arasındakı stabilliyin möhkəmlənməsinə əhəmiyyəli dərəcədə kömək edib. Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin regionda uzunmüddətli stabilliyi və iqtisadi artımı təmin edəcək qəti nizamlanmasını axtarmaq niyyətindədir", - Staynberq deyib.

Dövlət katibinin müavini ATƏT çərçivəsində əməkdaşlığa, hər şeydən əvvəl isə "ATƏT-in mərkəzi məsələləri" olan münaqişələrin nizamlanmasına ümidvar olduğunu bildirib.

"Korfu prosesi" məhz buna yönəldilib. ABŞ etimadın möhkəmlənməsi üçün yeni mexanizmlər təklif edir. Etimadın möhkəmlənməsi münaqişələrin qarşısını alacaq", - Staynberq deyib.

Onun sözlərinə görə, enerjinin müxtəlif və etibarlı tədarükü Avropa və ATƏT üçün çox mühüm məsələlədir. Staynberq qeyd edib ki, ATƏT enerji və təhlükəsizlik arasındakı əlaqə məsələləri ilə məşğul olmağa tam qadirdir.

"Biz burada yeni mexanizmlər hazırlamağı da təklif edirik, məhz bu zaman istənilən tədarük pozuntusu siyasi səviyyədə effektli şəkildə həll edilə bilər", - deyə o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti