...

Yuta Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 12:30 (UTC +04:00)
Solt Leyk Sitidə yerləşən Yuta Universitetində Xocalı soyqırımınını ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yuta Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 01 mart / Trend /

Solt Leyk Sitidə yerləşən Yuta Universitetində Xocalı soyqırımınını ildönümünə həsr olunmuş tədbir keçirilib. "Etnoərazi münaqişələrinin siyasi və sosial başlanğıcı" mövzusunda müzakirələrdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, Çikaqo Universitetinin professoru Holli Şisler, Texnoloji Universitetin direktoru Tennessi Maykl Hanter, Viskonsin Universitetinin professoru Şeyl Horovin, Yuta Universitetinin professoru Hakan Yavuz və Vaşinqtondakı Cons Hopkins Universitetinin əməkdaşı David Sumbadze məruzə ilə çıxış ediblər.

Onlar təcavüzkar monoetnik millətçilik ideologiyasının Qafqaz regionunun təhlükəsizliyi və gələcəyi üçün təhdid olduğunu qeyd ediblər. Bundan əlavə qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionun tam inteqrasiyasına əngəl törədir.

Müzakirələr zamanı erməni tələbələrlə konfrans iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da yeddiminlik əhalisi olan Xocalı şəhərində soyqırım aktını həyata keçiriblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalının işğalı zamanı şəhərdə üç minə yaxın adam qalıb. Dörd aydan çox davam edən blokada ilə əlaqədar əhalinin əksəriyyəti şəhəri tərk etməli olub. Soyqırım zamanı Xocalıda 600-dan çox adam öldürülüb, 1000 nəfər aldığı yara nəticəsində əlilə çevrilib. 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti