...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, Ermənistana təzyiqləri gündəliyə gətirməlidir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2010 15:57 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan Avropa İttifaqının diqqət mərkəzindədir.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, Ermənistana təzyiqləri gündəliyə gətirməlidir - deputat

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan Avropa İttifaqının diqqət mərkəzindədir.

"Bununla belə, Avropa İttifaqı Cənubi Qafqaza xüsusi marağı ilə fərqlənir. Təəssüf ki, bütün bunlarla yanaşı, Avropa İttifaqı Ermənistandan işğalçı siyasətə son qoymağı tələb etmir", - Trend -un məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının internet saytına partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq müstəvisində həllinə Avropa İttifaqının çağırışları da eşidilmir. "Avropa İttifaqı münaqişənin həllini istəyirsə, Ermənistana təzyiq və təsirləri gündəliyə gətirməlidir", - o əlavə edib.

Bununla belə, millət vəkili qeyd edib ki, Avropa İttifaqı bölgədə sabitliyin təmin edilməsinə, Azərbaycanın problemlərinin həllinə ciddi maraq göstərir. "Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar status-kvonun dəyişməsi ilə bağlı məsələ gündəmə gətirilib", - Mirzəzadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti