...

Şuşaya qayıdacağımıza inanırıq - Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2010 11:24 (UTC +04:00)
Biz hamımız Şuşaya qayıtmaq niyyətindəyik və inanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin səyləri nəticəsində yaxın zamanlarda arzumuza çatacağıq, - Trend-in məlumatına görə, bunu şənbə günü Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.
Şuşaya qayıdacağımıza inanırıq - Bayram Səfərov

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Hüseynbala/

Biz hamımız Şuşaya qayıtmaq niyyətindəyik və inanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin səyləri nəticəsində yaxın zamanlarda arzumuza çatacağıq, - Trend-in məlumatına görə, bunu şənbə günü Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

"Bu gün Şuşanın işğalından 18 il ötür. Həmin dövrdə Azərbaycan döyüşə hazır deyildi. Bundan istifadə edən ermənilər Rusiyanın 366-cı alayının köməyi ilə Şuşanı işğal etdilər", - Səfərov deyib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 18 il ötür. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.

Səfərov bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılır.

"Əgər lazım olarsa, Dağlıq Qarabağın erməni icması ilə danışıqlara getməyə hazırıq", - Səfərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti