...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2010 10:37 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Аzərbaycan, Bakı, 9 iyul /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 8-də saat 11:30-dan 12:00-dək Goranboy rayonu ərazisindəki Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21:05-dən 21:10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 21:40-dan 21:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Xəbər lenti

Xəbər lenti