...

Ermənistanın xarici işlər naziri ilə görüş nəticəsiz oldu – Azərbaycan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2010 17:17 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmmədyarov hesab edir ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən görüş nəticəsiz oldub.
Ermənistanın xarici işlər naziri ilə görüş nəticəsiz oldu – Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmmədyarov hesab edir ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən görüş nəticəsiz oldub. Məlumatı Türkiyənin "Cihan" informasiya agentliyi yayıb.

"Razılaşma hazır idi, lakin erməni tərəfi Azərbaycan torpaqlarını azad etməkdən imtina etdi", - Məmmədyarov qeyd edib.

"Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistanın işğal etdiyi Kəlbəcər və Laçın rayonlarının beş il ərzində qaytarılması haqqında təklifi ilə razıdır", - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Ermənistan Robert Koçaryanın prezidentliyi dövründə Kəlbəcər və Laçın rayonlarının Azərbaycana on il müddətinə qaytarılmasını təklif etmişdi. Bakı isə o zaman iki rayonun bir il müddətinə qaytarılmasında təkid etmişdi.

"Prezident Serj Sarkisyanın dövründə danışıqların başlanğıc mərhələsində Yerevan müddəti yeddi ilədək qısaldıb. Azərbaycan isə Ermənistan qoşunlarının Kəlbəcər və Laçın rayonlarından üç il ərzində çıxarılması təklifi ilə çıxış edib", - nazir qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti