...

Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2010 09:42 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 27-də saat 11:20-dən 11:25-dək və 18:45-dən 18:50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 27-də saat 11:20-dən 11:25-dək və 18:45-dən 18:50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 16:50-dən 17:25-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 17:45-dən 20:20-dək fasilələrlə Göy göl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 23:30-dan 23:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti