...

ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü Nyu Yorkda olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2011 17:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşü sentyabrın üçüncü ongünlüyündə Nyu Yorkda BMT Baş Assambleyasında keçiriləcək.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü Nyu Yorkda olacaq

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşü sentyabrın üçüncü ongünlüyündə Nyu Yorkda BMT Baş Assambleyasında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə RİA novosti Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviçə istinadən yazır.

"Həmsədrlərin növbəti görüşü təxminən sentyabrın üçüncü ongünlüyündə Nyu Yorkda BMT Baş Assambleyasının meydanında keçiriləcək", - Lukaşeviç deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti