...

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana ideyalarını təqdim ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2012 12:49 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirilən görüşlə bağlı bəyanat yayıblar.
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana ideyalarını təqdim ediblər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirilən görüşlə bağlı bəyanat yayıblar.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıblar, sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər.

Öz növbəsində, nazirlər sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını bir daha təkrarlayıblar.

Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə oktyabrın 27-də görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti