...

Fransalı deputat: Xocalıda aeroportun açılması məsələsi təxribatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2013 13:55 (UTC +04:00)
Xocalıda aeroportun açılması məsələsi Ermənistan hökumətinin təxribatıdır.
Fransalı deputat: Xocalıda aeroportun açılması məsələsi təxribatdır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Tağıyeva/

Xocalıda aeroportun açılması məsələsi Ermənistan hökumətinin təxribatıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Fransa parlamentinin deputatı Natali Qule Türkiyənin "Cihan" agentliyinə müsahibəsində deyib.

"Xocalıda aeroportun açılması məsələsi təxribatdır və bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə zərər verəcək", - Qule bildirib.

O, həmçinin qeyd edib ki, özünü Azərbaycanın fəxri vətəndaşı kimi görür və beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti