...

Çexiyada Xocalı qurbanlarının xatirəsi yad ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2013 06:23 (UTC +04:00)
Bazar günü Çexiyanın paytaxtı Pragada Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar ASAP təşkilatı (Azerbaijani Student Association in Prague) genişmiqyaslı aksiya keçirəcək. Bu barədə Trend-ə ASAP-dan məlumat verilib.
Çexiyada Xocalı qurbanlarının xatirəsi yad ediləcək

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bazar günü Çexiyanın paytaxtı Pragada Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar ASAP təşkilatı (Azerbaijani Student Association in Prague) genişmiqyaslı aksiya keçirəcək. Bu barədə Trend-ə ASAP-dan məlumat verilib.

Razılaşdırılmış bu aksiya şəhərin mərkəzi hissəsində "Respublika Meydanı" (Náměstí Republiky) adlanan ərazidə keçiriləcək. Tədbir bir neçə hissədən ibarətdir. "ArtCouncil Azerbaijan" nın dəstəyi nəticəsində əldə olunmuş Xocalı soyqırımını təsvir edən rəsmlərin sərgisi, Azərbaycanın Çexiyadakı Fövqaladə və Səlahiyyətli səfiri Tahir Tağızadənin çıxışı, Xocalı və Lidiçe soyqırımlarına həsr olunmuş filmlərin və audio yazıların nümayişi, Azərbaycan Respublikası haqqında və Xocalı faciəsinə aid kitabların, broşurların və digər təbliğat materialların pulsuz paylanması, həmçinin tədbirin bir hissəsi olaraq mədəniyyətimizin və milli mətbəximizin təqdimatı nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti