...

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2013 09:28 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Kəngərli və Qaraqaşlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti