...

Deputat: Dağlıq Qarabağın hərbi rejimi iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2013 17:54 (UTC +04:00)
Dağlıq Qarabağın hərbi rejimi özünün iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür. Bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Deputat: Dağlıq Qarabağın hərbi rejimi iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür

Azərbaycan, Bakı, 12 iyun /Trend müxbir M.Əliyev/

Dağlıq Qarabağın hərbi rejimi özünün iqtisadi gəlir mənbəyini yalnız qanunsuz fəaliyyətdə görür. Bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

O qeyd edib ki, Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ ərazisində ermənilərin qanunsuz hərəkətlərin barədə beynəlxalq qurumlara məlumat verir, öz rəsmi münasibətini bildirir və bu günlərdə aparılan əməliyyatlar bir daha Azərbaycanın haqlı olduğunu sübut etdi.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Zahid Oruc bildirib ki, beynəlxalq təşkilatlarda narkotrafikə qarşı çox kəskin münasibət var, amma təəssüflər olsun ki, Dağlıq Qarabağı bu mənada nəzərə almırlar: "Bizim üçün tamamilə real əsaslar var ki, Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi məhkəməyə verilsin. Biz açıq şəkildə ermənilərin qanunsuz fəaliyyətini sistemləşdirərək beynəlxalq hüquqi qurumlara təqdim etməliyik. Necə olur ki, Əfqanıstandan, İrandan və digər dairələrdən bu cür narkotik tranzitinə və əməliyyatlarına, qanunsuz maliyyə dövriyyəsinə sanksiyalar, ciddi reaksiyalar göstərilir, amma Qarabağ sanki himayə altındadır".

Millət vəkili hesab edir ki, Ermənistan tərəfi bu fəaliyyəti Azərbaycana qarşı real silah mənasında istifadə edir və həbs olunan insanlar ermənilərin əli ilə vurulmuş oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti