...

ATƏT PA-nın Büro iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2013 20:05 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Büro üzvləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda diskussiya keçirilib.
ATƏT PA-nın Büro iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

ATƏT Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Büro üzvləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda diskussiya keçirilib. Bu barədə Trend-ə iclasda iştirak edən Azərbaycanın millət vəkili Azay Quliyev bildirib.

İclasda söz alan A.Quliyev deyib ki, 20 ildir ATƏT-ə sədrlik edənlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar eyni bəyanatı verirlər:

"Siz də bu gün ümumi olaraq bu məsələyə toxundunuz. Amma bilmək istərdim ki, sizin sədrliyiniz dövründə münaqişənin həllini ləngidən səbəblərin nədən ibarət olduğunu müəyyən edə bildinizmi? Sizin bu barədə düşüncələriniz maraqlı olardı. Eyni zamanda, gələn ildən ATƏT-ə sədrlik edəcək İsveçrəyə nələri məsləhət görərdiniz ki, problemin tezliklə həlli üçün onları nəzərə alsın".

Sonra ATƏT Parlament Assambleyası sədrinin Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş çıxış edərək Azərbaycan millət vəkilinin mövqeyini müdafiə edib və deyib ki, Bakı və Yerevanda olan zaman Azərbaycan tərəfinin konstruktiv mövqe sərgilədiyinin şahidi olub: "Lakin eyni sözü Ermənistan haqqında demək olmaz".

O, Turkiyənin də rolunun bu məsələdə nəzərə alınmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti