...

Kanadanın Toronto şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar nümayiş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2014 04:47 (UTC +04:00)
Bu gün Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilib.
Kanadanın Toronto şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar nümayiş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bu gün Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Ontario əyaləti parlamentinin qarşısında keçirilən nümayişdə Toronto və Vaterlo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Nümayiş zamanı 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən erməni işğalına qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılıb.

Nümayiş iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb edib, Kanada millət vəkillərini Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti