...

Təmas xəttində mina partlayıb: 3 Azərbaycan hərbçisi həlak olub, 6 nəfər isə yaralanıb, faktla bağlı cinayət işi açılıb (ƏLAVƏ OLUNUB 2) (SİYAHI)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2014 13:35 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 3 Azərbaycan hərbçisi həlak olub.
Təmas xəttində mina partlayıb: 3 Azərbaycan hərbçisi həlak olub, 6 nəfər isə yaralanıb, faktla bağlı cinayət işi açılıb (ƏLAVƏ OLUNUB 2) (SİYAHI)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 9:58-də yayılıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət, E.Mehdiyev/

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Həlak olan hərbi qulluqçular:
- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:
- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitaldadırlar.

Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerindədir.

Cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan daha bir hərbi qulluqçur Musayev Bəhruz Məhəmmədəli oğlu da hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.

Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti