...

Niderland mediası Xocalı soyqırımı haqqında yazıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2014 17:18 (UTC +04:00)
Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" (Gündəlik Friesland) qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub.
Niderland mediası Xocalı soyqırımı haqqında yazıb (FOTO)

Azərbaycan, Bakı, 1may /Trend, müxbir İ.İzzət/

Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" (Gündəlik Friesland) qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəzetdə "Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli və təşkilatın idarə heyətinin üzvü Ələkbər Həşimovun müsahibələri yer alıb.

Müsahibədə Azərbaycan haqqında məlumat verilib. Eyni zamanda "Hollandiyada Azərbaycan Evi" təşkilatının fəaliyyəti haqqında danışılıb. Yazıda həmçinin Xocalı soyqırımı və onun baş vermə səbəbləri barədə də söhbət açılıb. Müsahibədə təşkilatın gələcək planlarından danışan E.Mirhəşimli deyib ki, məqsəd hollandiyalı vətəndaşlarla birlikdə Azərbaycanı tanıtmaqdır. O, qeyd edib ki, Niderland KİV nümayəndələri onlarla birlikdə fəaliyyət göstərməkdə maraqlıdırlar: "Niderland jurnalistləri bizimlə sıx-sıx görüşlər keçirməyi təklif ediblər. Gələcəkdə Niderland mediası ilə daha çox əlaqə saxlayıb Azərbaycan barədə ətraflı məqalələr çap etdirəcəyik".

Qeyd edək ki, 2001-ci ildən Niderlandda yaşayan və uzun müddətdir ki, diaspor sahəsində çalışan E.Mirhəşimli bu ilin yanvarında "Hollandiyada Azərbaycan Evi" təşkilatını yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti