İtaliya mətbuatı Xocalı soyqırımından yazıb

İtaliya mətbuatı Xocalı soyqırımından yazıb

Bakı. Trend:

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Report Difesa” analitik portalında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar müsahibəsi yayılıb.

Trend-in məlumatına görə, “Azərbaycan. Ədalətin bərpası üçün Xocalı soyqırımını törədənlərin mühakiməsi” sərlövhəsi ilə dərc olunmuş müsahibədə səfir italyan jurnalistin Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin nizamlanması üçün vacib olan məqamlarla bağlı suallarını cavablandırıb.

Səfir bildirib ki, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddarlığın ən yüksək ifadəsi idi və Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsl mahiyyətini təcəssüm etdirir. Təcavüzün nəticələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonunun – ümumilikdə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulması və işğal edilmiş ərazilərdə tarixi-mədəni irsin məhv edilməsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli hadisəni təsəvvür etmək belə tükürpədicidir. Həmin vaxt Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionunda yerləşən və əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalıya daxil olaraq aralarında qadınlar, uşaqlar və yaşlıların da olduğu 613 nəfəri qətlə yetiriblər. Onların tək günahı azərbaycanlı olmaq idi. Əlli altı mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə öldürülüb. Bütün bunlar çoxsaylı müstəqil mənbələr, bu faciənin şahidləri tərəfindən sənədləşdirilib. Xocalıda baş verənlər xalqımıza qarşı əsl soyqırımı idi.

Hər il bu hadisələri anırıq və beynəlxalq ictimaiyyəti 26 il bundan əvvəlki dəhşətli gecədə baş verənlər haqqında məlumatlandırırıq, lakin bununla bağlı daha çox danışmalıyıq. Bu cinayəti törədənlər beynəlxalq ictimaiyyət tərəfindən layiqli siyasi və hüquqi mühakiməyə məruz qalmalıdırlar, əks halda, cəzasız qalmış cinayətlər yeni cinayətlərə yol açırlar. Azərbaycan illərdir ki, beynəlxalq səviyyədə, həmçinin İtaliyada bu faciə ilə bağlı geniş məlumatlandırma məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya aparır. İtaliyada ildönümü və ona yaxın günlərdə faciə qurbanlarının xatirəsini anmaq üçün tədbirlər, kitab təqdimatları, tamaşalar təşkil olunur, çünki Xocalı hadisələri və Ermənistan tərəfindən törədilən digər cinayətlər təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü indi də davam edir. Buna görə, bizim üçün bu faciə barədə danışılması və beynəlxalq ictimaiyyət tərəfindən ədalətin bərpası üçün qətiyyətli mövqe nümayiş etdirilməsi çox vacibdir. Bu, şübhəsiz ki, Ermənistanın hərbi təcavüzünə son qoyulması, Xocalı soyqırımı və Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan ordusu tərəfindən törədilmiş digər cinayətlər üçün məsuliyyət daşıyanların mühakimə edilməsi baxımından çox vacibdir.

Jurnalistin “Azərbaycan illərdir ki, bu münaqişəni diplomatiya yolu ilə həll etməyə çalışır. Avropa İttifaqı ilə də münasibətlər önəmlidir. Bu münasibətlərdə Dağlıq Qarabağla bağlı hansı əhəmiyyətli yeniliklər mövcuddur?” sualına cavabında səfir deyib: “Bizim üçün Avropa İttifaqının digər beynəlxalq təşkilatlar ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün öz səsini ucaltması çox vacibdir. Bu xüsusda, Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamədə əksini tapmış bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyə çağırış mühüm əhəmiyyətə malikdir. Qeyd olunan sənəd, həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qlobal strategiyasına istinad edir və sənəddə təşkilata üzv olan, həmçinin Şərq qonşuları olan bütün dövlətlərin ərazi bütövlüyü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qeyd edilib. Bundan başqa, keçən il dekabrın 13-də Avropa Parlamenti vahid xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat qəbul edib və burada Avropanın bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı öhdəliyi aydın şəkildə bir daha təsdiq olunub. Bu sənəd təcavüzkar separatizm və qonşuların ərazi iddialarından əziyyət çəkən bütün dövlətlər və Avropada mövcud olan bütün münaqişələr üçün vahid yanaşma, Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstəklə bağlı münasibət tələb edir. Bundan əlavə, Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının son iclasından sonra keçirilmiş mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tam şəkildə dəstəkləyir”.

Hazırda ATƏT-ə sədrlik edən İtaliyanın qeyd olunan məsələlərdə roluna dair suala cavabında səfir bildirib ki, Azərbaycan bu ilin əvvəllərindən bir neçə dəfə bu məsələyə fikir bildirərək İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərini açıqlayıb. İtaliyanın xarici işlər naziri Ancelino Alfano da bildirib ki, ATƏT-ə sədr kimi ölkənin prioritetləri sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli də var. İtaliya bu münaqişənin nizamlanması ilə bağlı əhəmiyyətli tarixi təcrübəyə malikdir. İtaliya ATƏT-in Minsk qrupunun ilk sədri olub və o vaxtkı xarici işlər nazirinin müavini Mario Raffaelli tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” hazırlanıb. Lakin təəssüf ki, bu cəhdlər nəticə verməyib. İtaliyanın ATƏT-ə sədrliyinin hər şeydən əvvəl Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi yolu ilə münaqişənin həllinə töhfə verəcəyinə ümid edirik.

İtaliyalı jurnalist səfirə belə bir sualla da müraciət edib: Keçən yay hərbi əməliyyatların yenidən bərpası ilə xarakterizə olundu. Ermənistan ordusu tərəfindən minaatanlardan atəş açılması Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan bir yaşlı qadın və bir iki yaşlı uşağın öldürülməsi ilə nəticələndi. Çoxlu italyan siyasətçiləri tərəfindən məsələ ilə bağlı Azərbaycanla həmrəy olduqlarını bildirən bəyanatlar səsləndi. Bu bəyanatlar barədə nə deyə bilərsiniz?

Səfir deyib ki, Ermənistan tərəfindən qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla təmas xəttinə bitişik ərazilərdə sıx məskunlaşan mülki azərbaycanlı əhaliyə qarşı sistemli, qəsdən və hədəflənmiş hücumlar bir daha onu göstərir ki, Ermənistan öz hərbi təcavüzkar siyasətindən əl çəkmək və regionda sülhə nail olunmasını istəmir. Təmas xəttində gərginliyin və digər insidentlərin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni mövcudluğudur. Günahsız insanların həyatlarının itirilməsinə bais olmaqdan çəkinmək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistanın indiyə qədər məhəl qoymadığı münaqişə ilə bağlı 4 qətnamə qəbul etmiş BMT-nin Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların çoxsaylı sənədlərində dəfələrlə vurğulandığı kimi, ilk növbədə, Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır.

“Keçən yay dramatik hadisələr baş verən zaman Azərbaycanla birgə həmrəylik nümayiş etdirən italyan siyasətçilərinə təşəkkürümüzü bildiririk. Verilmiş bəyanatlarda münaqişənin qurbanlarının əsasən əhalinin müdafiə oluna bilməyən hissəsi, yəni, uşaqlardan ibarət olduqları xüsusi vurğulanıb. Xocalıda çoxsaylı uşaqlar qətlə yetirilib, Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı uşaqların qətli hələ də davam edir”, - deyə səfir qeyd edib.

Səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və buna sübut kimi, 2016-cı ilin aprel və 2017-ci ilin iyul hadisələrini, həmçinin mütəmadi olaraq məlumat verdiyimiz kimi, Ermənistan tərəfindən davamlı olaraq atəşkəsin pozulması hallarını göstərmək olar. Bu münaqişə hər an geniş miqyasda alovlana və bütün region üçün ağır nəticələrə səbəb ola bilər. Ermənistan tərəfinin bütün təxribatlarına, uzun illərdir ki, Azərbaycanın ərazilərinin işğal altında olmasına və öz torpaqlarını azad etmək üçün ölkəmizin lazımi hərbi gücə malik olmasına baxmayaraq, biz münaqişənin sülh yolu ilə həll olunmasına çalışırıq. Sülh olmadan regionda sabitlik, davamlı sülh, əməkdaşlıq və inkişafı təmin etmək mümkün deyil. Təəssüf ki, Ermənistan tərəfindən eyni münasibət müşahidə olunmur. Ermənistanın məqsədi status-kvonu saxlamaqdır. Ermənistan öz təcavüzkar siyasəti nəticəsində öz-özünə vurduğu ziyanı başa düşməlidir. Bu siyasət Ermənistanı yoxsulluq və əhalinin azalması girdabına sürükləyərək, bu ölkəni bütün regional layihələrdən kənarda qoyub. Ermənistan çoxsaylı təxribat və bəhanələrlə danışıqlar prosesini süni şəkildə uzatmaq cəhdlərinə son qoymalı, daha intensiv, substantiv və məntiqi danışıqlar üçün konstruktiv mövqe nümayiş etdirməlidir.

Səfir diqqətə çatdırıb ki, Ermənistan nə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, nə də Minsk qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Rusiya, ABŞ və Fransanın status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlarına məhəl qoymur. Bir sıra hallarda, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə, 25 il keçib və hələ də irəliləyiş yoxdur.

Ermənistana dinc azərbaycanlı əhaliyə qarşı təcavüz, işğal və müharibə cinayətləri törətdiyinə görə sanksiyalar tətbiq olunmur. Bəzən münaqişənin hər iki tərəfi sülhə çağırılır, atəşkəsə hörmət etməyə dəvət edilir və təcavüzə məruz qalan Azərbaycan ilə təcavüzkar Ermənistan bir sıraya qoyulur. Bütün bunlar ikili standartlardan başqa bir şey deyil. Təcavüzə məruz qalan və təcavüz törədən ölkələrin adları aydın şəkildə göstərilməlidir. Belə ölkələrə yanaşmalar fərqli olmalıdır. Əks halda, hər hansı bir münaqişənin düzgün və ədalətli həllindən danışmaq mümkün deyil. Təcavüzkar Ermənistana beynəlxalq səviyyədə təzyiq olunması, onun mühakimə edilməsi və bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması böyük əhəmiyyətə malikdir. Yalnız bu halda ədalət təmin oluna bilər.

Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və öz ərazi bütövlüyünün bərpa olunması və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan bütün addımları atacaq.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür: http://www.reportdifesa.it/la-condanna-dei-responsabili-khojaly-ripristino-della-giustizia/

Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Loading Bars
Xəbər lenti
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Bütün xəbərlər