...

Nizami Bəhmənov: "Sülh danışıqlarının davam etdirilib-etdirilməməsi həmsədrlərin regiona səfəri ərəfəsində məlum olacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2006 11:55 (UTC +04:00)

"Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün Ermənistanla Azərbaycan arasında danışıqların bundan sonra da davam etdirilməsinin lazımlı olub-olmadığı Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində məlum olacaq". Bu fikirləri Trend ə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin martın 20-də İstanbul şəhərində görüşü keçirilib, sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.

Nizami Bəhmənov bildirib ki, həmsədrlərin həm Vaşinqtonda, həm İstanbulda keçirdikləri görüşlərdə sülh danışıqlarının davam etdirilməsi məqsədəuyğun sayılıb. N.Bəhmənovun fikrincə, yaxın zamanlarda həmsədrlərin regona səfəri baş tuta bilər. Həmçinin həmsədrlər Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşünü təşkil edə bilərlər.

"Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn bəyanat verib ki, 2006-cı il ərzində münaqişənin həlli istiqamətində nəticə əldə etməyə çalışacaqlar. Bütün görüşlər qapalı keçirilir, həm Ermənistan, həm də Azərbaycanın xarici işlər nazirlikləri tərəfindən bu barədə açıqlamalar verilmir. Amma Azərbaycan prezidentinin mövqeyi budur ki, danışıqlar prosesi davam etdirilməlidir. Hələ ki, həmsədrlər də bu fikirdədir. Eyni zamanda prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan öz siyasətinə yenidən baxacaq. Hələlik xarici işlər nazirlərinin yenidən görüşü ərəfəsində həmsədrlərin regiona səfərəi zamanı məlum olacaq ki, bu sülh danışıqlarını davam etdirmək lazımdır, ya yox"-deyə N.Bəhmənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti