...

İran səfiri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin iştirakı ilə tənzimlənməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2006 17:26 (UTC +04:00)

Regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin iştirakı ilə tənzimlənməlidir, əks təqdirdə onların tənzimlənməsi illərlə uzana bilər. Trend xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərə bildirib.

Səfir bildirib ki, Ermənisan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İran Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və münaqişənin beynəlxalq prinsiplər çərçivəsində həlli üçün çıxış edir. Lakin o hesab edir ki, bu cür münaqişələrin həlli həmin region ölkələrinin yaxından iştirakı ilə mümkündür. Diplomatın sözlərinə görə, ATƏT-in Minsk qrupuna Rusiyadan başqa heç bir region ölkəsi daxil deyil, Rusiya da tərəflərdən biri ilə sərhəddədir, halbuki İranın Azərbaycan və Ermənistana daha yaxın qonşu dövlət kimi münaqişənin tənzimlənməsində daha böyük imkanları var.

Diplomat hesab edir ki, rengionda sabitlik və təhlükəsizlik yalnız bu şəkildə bərpa edilə bilər.

Xəbər lenti

Xəbər lenti