...

Bu gün axşam ATƏT Minsk qrupunun fransalı həmsədri Bakıya gəlir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2007 13:25 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Bu gün axşam ATƏT Minsk qrupunun fransalı həmsədri Bernard Fasye Bakıya gəlir. Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomat Azərbaycana Gürcüstandan gələcək, rəsmi görüşləri martın 8-də keçirəcək. Fransalı həmsədrin Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Səfərin məqsədi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin martın 14-də Cenevrədə BMT-nin insan haqları üzrə sessiyasında iştirak çərçivəsində planlaşdırılan görüşünə hazırlıq məsələlərinin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti