...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələri bu gün atəşkəsi yenidən pozub. Cümə günü Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 25-də saat 04.00-dan 04.30-dək Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1 km cənib-şərqində və şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutub. Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti