...

Qoşunların təmas xəttində yanğınların azərbaycanlıların yaşadığı ərazilərə keçməməsi üçün hazırlıq işləri görülüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qoşunların təmas xəttində yanğınların geniş vüsət almaması və azərbaycanlıların yaşadığı ərazilərə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin regional şöbələri hazırlıq vəziyyətinə gətirilib. Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, fövqəladə hadisənin baş verməməsi üçün yanğınsöndürənlər gücləndirilmiş iş rejimində çalışır.

"Ermənistan Silahlı Qüvvələri qəsdən azərbaycanlıların yaşadığı ərazilərdəki ot tayalarını yandırırlar. Mən bu barədə bir müddət öncə fövqəladə hallar nazirlərinin iştirakı ilə Mərakeşdə keçirilən toplantıda çıxış etmişəm. Orada dünya birliyini Ermənistanın regionda qəsdən fövqəladə vəziyyət yaratdığı barədə xəbərdar etmişəm" - deyə Heydərov əlavə edib.

Azərbaycanın işğal olunan ərazilərində ermənilər mayın ortalarından başlayaraq yenidən yanğın törətməyə başlayıblar. Bu hal ötən ilin yay aylarında da baş vermişdi.

Xəbər lenti

Xəbər lenti